“Azərxalça”-nın əməkdaşları “Tərəqqi” medalı ilə təltif olundular

14:29 10.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il "Azərxalça" ASC - nin yaranmasının 10 illik yubileyi  münasibəti ilə Cəmiyyətin 18 toxucu və mütəxəssis heyəti Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə mükafata layiq görülüb. Prezident İlham Əliyev mayın 4-də Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

İyun ayının 5-də bütün mükafatçıların da iştirakı ilə "Tərəqqi" medalları təqdim olundu. Təqdirə layiq haldır ki, mükafatçılar sırasında "Azərxalça" ASC-nin Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən 11 emalatxanasında çalışan toxucu qadınlar çoxluq təşkil edir. 

Hafta.az Azərbaycanda region qadınlarının işlə təmin olunması və sosiallaşmasında aparıcı rol oynayan ən böyük qurumlardan biridir. Səhmdar Cəmiyyətinin fəaliyyəti milli xalçaçılıq irsinin qorunması ilə yanaşı, birbaşa qadın əməyinin dəstəklənməsinə yönəlib.

Tədbiri açıq elan edən "Azərxalça" ASC İdarə heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov xüsusi olaraq qeyd etdi ki:

"Qürür verici haldır ki, müəssisənin müxtəlif bölgələrdə fəaliyyət göstərən  11 emalatxanasında yüzlərlə toxucu qadınçalışır. Bu qadınların böyük qismi kənd yerlərində yaşayan və əvvəllər rəsmi iş yeri olmayan xanımlardır. Emalatxanalarda yaşı 18-dən 80-ə qədər olan müxtəlif nəsillərin nümayəndələrinin birgə fəaliyyət göstərməsinə şərait yaradılır. Dünyanın çoxsaylı ölkələrində (məsələn, ABŞ-da, Avropada) keçirilən beynəlxalq sərgilərdə Azərbaycan xalçaları ilə yanaşı, onları toxuyan region qadınlarının hekayələri və əməyi də xüsusi olaraq işıqlandırılır. Və sonda vurğulandı ki, "Azərxalça" ASC-nin istehsalı olan, alınan hər bir əl işi xalça birbaşa regionda yaşayan ən azı bir toxucu qadının büdcəsinə və onun müstəqil fərd kimi güclənməsinə töhfə verir". 

Sonda Emin Məmmədov xüsusi qeyd etdi ki, "Azərxalça" ASC-də çalışan toxucu qadınların əməyinin bu səviyyədə qiymətləndirilməsi nəyinki bizim işçilərə, ümumilikdə çalışan Azərbaycan qadınına verilən dəyərin bariz nümunəsidir. Bu münasibətlə də  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə xüsusi minnətdarlığımızı çatdıraraq bildiririk ki, Azərbaycanın çoxəsrlik milli xalçaçılıq sənətinin qorunması, inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirdiyiniz misilsiz xidmətlər hər bir xalçaçının qəlbində dərin minnətdarlıq hissi doğurur.

Xalçaçılığın inkişafına dəstək, Azərbaycan xalçasının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi və dünyanın ən nüfuzlu muzeylərində layiqincə nümayiş olunması yolunda  sənətə və sənətkara olan ali diqqətinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Hörmətli Mehriban xanım Əliyevaya da xüsusi təşəkkürümüzü bildiririk.

Mədəniyyət rubrikasından digər xəbərlər